Qadınların iştirakı ilə təlim keçirilib

Bu ilin əvvəlindən başlayaraq Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu, Avrasiya Regional Mərkəzi ilə birgə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirdiyi “Gənc qadınların və qızların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu” mövzusunda layihə həyata keçirilməkdədir. Artıq layihə çərçivəsində Quba və Şamaxı rayonlarında seminarlar təşkil olunub. Dünən Sumqayıt şəhərində 50-dən çox ictimai sektorda çalışan, eləcə də dini icmaların nümayəndələri olan qadın və qızların iştirakı ilə təlim keçirilib.

[