Prezident Xalq yazıçısına 3 otaqlı mənzil hədiyyə etdi

22 iyul - Milli Mətbuat günündə bir qrup jurnalistə ev verilməsi digər yaradıcı sahələrdə də oxşar problemi gündəmə gətirdi. Polemikaya qoşulan Xalq yazıçısı Mövlud Süleymanlı da yazıçı-şairlərə ev verilməsini dəstəkləyib: “Əlbəttə ki, lazımdır. Buna layiq olan yazıçılara evlərin verilməsi çox yaxşıdır. Mənə də bu yaxınlarda ev verildi. Hörmətli Prezident mənə 3 otaqlı mənzil verdi. Layiq olanların hamısı kömək almalıdır. Yaxşı yazıçının cavanı, gənci olmur. Hansılar yaxşıdırsa, onlara da dəstək lazımdı”.

[