Dünya elminin inkişafına təkan verən dahi (3)

1960-cı illərin ortalarında L. Zadə sistemlər nəzəriyyəsi, avtomatik idarəetmə nəzəriyyələri və onların tətbiqi sahəsində ən tanınmış mütəxəssislərdən birinə çevrilir. Bir sözlə, azərbaycanlı alim dünya elmində artıq öz möhürünü vurmuşdu və elmi dairələrdə onun adı gələndə ehtiramla ayağa qalxırdılar. Lütfi Zadə da elmi fəaliyyətinə yüksək qiymət verildiyini görərək daha həvəslə çalışır, yeni zirvələr kəşf etməyə cəhd edirdi. Bu cəhdlər isə sonda dünyanı heyrətə salan yeni bir elmi kəşflə nəticələndi.

[