“İranla Azərbaycanın əməkdaşlığına mane olan amillər aradan qaldırılmalıdır”

“Azərbaycan Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov iyulun 24-də İran parlamentinin deputatı Mirqismət Musəvi Əsl ilə görüşüb. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə iranlı deputat iki ölkənin parlamentləri arasında əlaqələrin vacib olduğunu bildirib: “İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün parlamentlərarası dostluq qrupları önəmli rola malikdir”.

[