Sumqayıtda III mini-futbol turniri davam edir

Məlum olduğu kimi 23 may 2013-cü il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinin, eləcədə hüquq mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin önündə “28 may Respublika Günü”nə həsr olunmuş məhəllə və mikrorayonların 1998-99; 2000-01-ci il təvəllüdlü oğlanları arasında III mini-futbol yarışının açılış mərasimi keçirilmişdi. Açılış mərasimində 68 məhəllə və mikrorayonlarından 100-ə yaxın komandada 1000-dən çox yeniyetmə iştirak edirdi. Məhəllədaxili, zona və final mərhələsindən ibarət olan mini-futbol yarışının 27-30 may tarixlərində məhəllədaxili oyunları baş tutmuşdu. Bu mərhələdə 64 komanda olmaqla 576 iştirakçı olmuşdur.

[