“Peşə təhsilinə cəlb olunanların sayı artırılacaq”

“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində təhsil sahəsində həyata keçiriləcək yeniliklər açıqlanıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun sözlərinə görə, 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək və bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir tələblər baxımından yeniləşdiriləcək: “Təhsil sistemində müasir monitorinq və qiymətləndirmə sistemi yaradılacaq. Peşə təhsili infrastrukturu əsaslı şəkildə müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunanların sayı artırılaraq, ölkə iqtisadiyyatının tələbatı ilə uzlaşdırılacaq.

[