19 rayonda buraxılış imtahanları keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-nın məlumatına görə, imtahanlarda 26301 nəfər IX, 19910 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulub.

[