Bu ay 2 gün qeyri-iş günü olacaq

İyun ayında ölkəmizdə istirahət günləri xaricində 2 gün qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun sözlərinə görə, iyunun 15-i Milli Qurtuluş Günü şənbə gününə düşdüyündən iyunun 17-si də qeyri-iş günü sayılır. İyunun 26-sı isə Silahlı Qüvvələr Günü kimi qeyri-iş günüdür.

[