Maddi imkanlar və gələcəyə dair planların meyarı

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bir hədisində buyurur: “Dünyada bir qərib, yaxud bir yolçu kimi ol!” Qərib yurdundan-yuvasından ayrılıb başqa bir yerə köçməyə məcbur olan, orada müvəqqəti olaraq qonaq qalan, ətrafındakı əşya və insanlarla möhkəm əlaqəsi olmayan insandır. Əslində insan da ana bətnindən uşaqlıq dövrünə, gənclik, yetkinlik, qocalıq çağlarına sarı yol gedən, oradan da qəbrə, bərzəx aləminə (boğaz, keçid, dünya ilə axirət arasında olan və axirətin başlanğıcı sayılan aləm), məhşər meydanına irəliləyən bir yolçudur. Peyğəmbərimiz də (s.a.s.) məhz dünya həyatını yolun bu üzündən o üzünə keçmək kimi qəbul etməyi tövsiyə buyurur.

[