Təmsilçimiz 20-ci sırada çıxış edəcək

İsveçin Malmö şəhərində keçirilən “Eurovision-2013” mahnı müsabiqəsinin böyük finalında ölkələrin hansı ardıcıllıqla çıxış edəcəkləri müəyyən olunub. Püşkatmanın nəticələrinə əsasən, 26 ölkə təmsilçilərinin qatılacağı finalda Azərbaycan təmsilçisi Fərid Məmmədov səhnəyə 20-ci sırada çıxacaq. Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 18-də baş tutacaq.

[