Sevinc bölüşdükcə çoxalır, kədər bölüşdükcə azalır...

Kim istəməz ki, evə gəlişi toy-bayram olmasın; kim istəməz ki, sözü eşidilsin, hörməti saxlanılsın; kim istəməz ki, ağrıyanda başına pərvanə kimi dolansınlar; kim istəməz ki, dörd tərəfdən sevgi ilə, qayğı ilə əhatə olunsun... Əlbəttə, hər kəs istəyər. Əslində, bu istədiklərimiz elə bir ailə səadətidir, sevgi atmosferidir.

[