Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı yenilik

Aprelin 1-dən Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçiriləcək. Bu barədə qurumun yaydığı xəbərdarlıqda bildirilib. Xəbərdarlıqda qeyd olunub ki, bununla bağlı Azərbaycana gələn hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs özü və ya yaşayış sahəsi verən şəxs tərəfindən 3 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

[