Sənin duan - sənin dəyərin

Birinə işimiz düşəndə dil tökürük, “qadan alım” da deyirik, “qurban olum” da... Əzilirik, tapdanırıq, kiçilirik, bir də görürük ki, adi, bəsit bir şey üçün ayaqlar altına sərilmişik, qula qul olmuşuq. Amma düşünmürük ki, əsl yalvarılmalı ünvan insan deyil, insana hər cür naz-neməti, sərvəti verən Allahdır. İnsana yalvarmaq nə qədər acizlik, kiçiklik, zəiflikdirsə, Allaha yalvarmaq o qədər böyüklükdür. İnsan insana yalvardıqca dəyərdən düşər, Allaha yalvardıqca dəyər qazanar.

[