“Strateji tərəfdaşlığın tam varisliyini təmin etmək zəruridir”

Dünən ölkəmizə rəsmi səfərə gəlmiş Gürcüstan Prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub. Ölkəmizin başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Gürcüstan Prezidenti Mixail Saakaşvili və xanımı Sandra Elizabet Rulofsu qarşılayıblar. Rəsmi qarşılanma mərasimindən sonra İlham Əliyevin və Mixail Saakaşvilinin təkbətək görüşü olub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

[