Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi ilə Vergi Məcəlləsinə edilən dəyişiklik

Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Akif Musayev oxucular üçün ŞƏRH edir.. Sual: Vergi Məcəlləsinə edilən dəyişiklərdə vergi ödəyiciləri üçün vacib olan bir dəyişiklik də vardır ki, bu da əsas vəsaitlərin yenidən qiymətləndirilməsi ilə bağlıdır. Bu proses kim tərəfindən aparılacaq və necə həyata keçiriləcəkdir?
Cavab: Bir çox müəssisələr əlavə vergi yükünə məruz qalmamaq üçün öz əmlaklarını yenidən qiymətləndirmirdilər. Bu, xüsusən sığorta məsələlərində özünü büruzə verirdi. Əsas vəsaitin balans dəyəri aşağı olduğu halda, həmin əmlak qat-qat yuxarı qiymətlə sığorta olunurdu. Çünki həmin əmlakın real bazar qiyməti çox yüksək idi. İndi isə bu dəyişiklik, müəssisələrə mənfəət və əmlak vergisi ödəmədən yenidən qiymətləndirmə apararaq öz əmlakının dəyərini artırmağa imkan verəcəkdir. Yenidən qiymətləndirmənin kim tərəfindən aparılmasına gəldikdə, bu məsələ qiymətləndirmə haqqında qanunvericiliyə uyğun olaraq öz həllini tapmalıdır.
Mənbə: AzərTAC

[