Con Hopkins Universitetinin professor və tələbələri cəbhə bölgəsində olublar

Amerikanın Con Hopkins Universitetinin 2 professoru və 30-a yaxın tələbəsi Qarabağ həqiqətləri ilə tanış olmaq üçün öz təşəbbüsləri ilə Azərbaycana səfərləri çərçivəsində Ağdam rayonunda olublar. APA-nın Qarabağ bürosunun məlumatına görə, Quzanlı qəsəbəsinə gələn qonaqlar öncə Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüblər. Görüşdən sonra rayon Mədəniyyət Evində onlara Qarabağın tarixi, maddi mədəniyyət abidələri, işğaldan əvvəlki yaşayış məntəqələrinin sayı, həmçinin əslən qarabağlı olan dünya şöhrətli musiqiçilər haqqında ətraflı məlumat verilib.

[