Hava məkanımızı pozan təyyarələr vurulacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nı təsdiq edib. “Aviasiya haqqında” qanuna, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) haqqında Konvensiyaya (1944-cü il 7 dekabr tarixli Çikaqo Konvensiyasına), habelə onun əlavələrinə uyğun olaraq hazırlanmış qaydalarda hava hərəkətinin təhlükəsizliyi, ölkənin hava məkanından istifadəsi ilə əlaqədar məsələlər əksini tapıb. Sənəddə Azərbaycanın ərazisi üzərindəki hava məkanında dövlət sərhədi boyunca xüsusi rejim şəraitində istifadə edilən, eni 13,5 mil/25 km təşkil edən sərhədboyu zolaq təyin edilib.

[