Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Balqabaq da olsan, sahibsiz deyilsən

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Balqabaq da olsan, sahibsiz deyilsən

    Balqabaq da olsan, sahibsiz deyilsən

    Dərviş başını qırxdırırmış. O ətrafın qoçusu içəri girir, dərvişin qolundan tutub bir tərəfə fırladır və bərbərə əmr eləyir ki, onun saçını-saqqalını səliqəyə salsın. Bərbər bir kəlmə demədən işə girişir, dərviş də cınqırını çıxarmadan bir küncdə büzüşüb gözləməyə başlayır. Qoçu qarşısındakı güzgüdən büzüşmüş dərvişə baxır və onu ələ salır: “Nə var əə, balqabaq, sən də özünü adam cərgəsinə qoşub baş qırxdırırsan?” Dərviş də ağzını açıb bir cavab qaytarmır. Üzü-başı qırxılıb qurtarana qədər qoçu o dərvişə ağzına gələn hər cür təhqiri söyləyir. Daşdan, divardan səs çıxır, dərvişdən səs çıxmır. Elə ki, iş qurtarır, qoçu saçını-başını ovuşdura-ovuşdura bayıra çıxır, bu zaman yuxarıdan bir at arabası gurultu ilə onun üstünə gəlir. Qoçu döyüküb qalır, bilmir neyləsin və arabanın oxu onun sinəsindən girib kürəyindən çıxır. Dərviş elə oradaca canını tapşırır. Hadisəyə şahid olan bərbər gözlərini dolandırıb dərvişin üzündə saxlayır və mənalı-mənalı: “Dərviş ağa, çox ağır olmadımı?”- soruşur. Dərviş də oturduğu yerdə büzüşərək: “Vallah, mən bəddua eləmədim, amma hər balqabağın da bir sahibi var”- cavabını verir.

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.