Gənclər üçün Prezident mükafatı təsis olunacaq

Azərbaycanda fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunacaq.Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsindən “Trend”ə bildirilib ki, artıq bununla bağlı normativ hüquqi sənədlər təsdiq olunması üçün Ədliyyə və Maliyyə nazirliklərinə təqdim edilib.Gənclərin stimullaşdırılması üçün təsis edilən Prezident mükafatının məbləği 10 min manat təşkil edəcək.

[