“Dərgaha döndər yüzün”...

Tərtəmiz qırxılmış, həmişə çöl-bayırda olduğundan şabalıd rənginə boyanmış və üzünə yaraşan eşmə bığları, təbəssümlə dolub-daşan mavi gözləri, daha çox palıd ağacının budaqlarına bənzəyən barmaqları və onların arasında sıxılmış, bağının kol-kosunu təmizlədiyi kiçik bir baltası ilə dayanmışdı yamyaşıl bir yamacda.

[