Keçmiş SSRİ və MDB-də erməni terroru(2)

Moskvadan sonra erməni terrorçuları hədəf kimi Azərbaycanı seçdilər. Buna səbəb SSRİ xüsusi xidmət orqanları tərəfindən ermənilərin ruslara olan nifrətinin tamam başqa istiqamətə - Azərbaycana yönəldilməsi oldu. Belə ki, SSRİ-nin xüsusi xidmət orqanlarının erməni terrorçularından və ASALA-nın, belə demək olarsa, astar üzü olan PKK-dan türklərə qarşı istifadə edilməsində xüsusi təcrübəsi vardı. Terrorun Azərbaycana qarşı çevirməsinin bir səbəbi də müttəfiq respublikalar daxilində milli-azadlıq mübarizəsinin getdikcə artmasından doğan narahatlıq idi.

[