Aleksandr Fadeyev: zirvədən müəmmalı ölümə (2)

O, 1932-ci ilədək Rusiya Proletar Yazıçıları Assosiasiyasının sədri işlədi və ətrafındakılardan birinin də dediyi kimi özündən yuxarıdakıların, Kremldəkilərin tapşırıqlarını can-başla yerinə yetirdi. Həmin dövrdə Fadeyev çox az hallarda yazırdı və özünün də etiraf etdiyi kimi, yazmaqdan çox, təşkilati məsələlərlə maraqlanırdı. Bütün bunlara baxmayaraq, Rusiya Proletar Yazıçıları Assosiasiyası Stalin və ətrafındakıların ümidlərini tam şəkildə doğruldan təşkilat olmadı. Bu təşkilatın üzvləri arasında bolşevik rejiminin xalqa fəlakətlər gətirəcəyini öncədən hiss edən yazıçılar vardı və onlar bolşeviklərin fəaliyyətini açıq şəkildə tənqid etməkdən çəkinmirdilər. Ona görə də Stalin və ətrafındakılar Rusiya Proletar Yazıçıları Assosiasiyasını buraxaraq, onun yerində Yazıçılar İttifaqının yaradılması qərarına gəldilər.

[