2 sonuçtan 1 ile 2 arası

Əgər siz hamiləsinizsə...

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Əgər siz hamiləsinizsə...



    Hamiləliyə və doğuşa görə məzuniyyət hüququ

    Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 gün və doğuşdan sonra 56 gün) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

    Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət hüququ
    A) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 və doğuşdan sonra 70 gün);
    B) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 və doğuşdan sonra 86 gün);
    C) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 və doğuşdan sonra 110 gün).

    Uşaqları övladlığa götürmüş qadınların məzuniyyət hüququ
    İki aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən istifadə etmək hüququna malikdir.

    Natamam iş vaxtı
    İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillilk), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud 16 yaşınadək əlil uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı müəyyən etməlidir. Natamam iş vaxtı əməyin ödənilməsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.

    Qısa iş vaxtı
    Hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Cinayət Məcəlləsinin 164-cü maddəsinə əsasən qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə onunla əmək müqaviləsini ləğv etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə ilə cəzalandırılır.

    14 yaşınadək iki və daha çox uşağı olan və ya 16 yaşınadək əlil uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyəti onlar üçün əlverişli olan vaxtda verilə bilər.
    Uşaqlara bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
    [
    Ya da
    [

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Əgər siz hamiləsinizsə...

    Men hamile olanda,eger olsam oda 9 ay yeyib icib ytacam.ish,gezmek hecne eden deyilem.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.