5 sonuçtan 1 ile 5 arası

Mənim haqqım yoxdur

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Mənim haqqım yoxdur

    Bu gün "Qarabağ"mövzusunda inşa yazmalıydım.Hər kəs yazdı,amma mən yaza bilmədim.Görəsən nədən yazmalıydım? Axi, məndən küsmüş torpaq haqqında necə danışa bilərdim ki?! Mənimsən, amma məndə deyilsən.S əni geri alacağam, amma sən hələ də özgəninsən. Şəhidlərimin qanını alacağam, amma o qan artıq quruyub. Oğulların əsgər olub keşiyini çəkəcək, amma əsgər paltarı marka deyil. Anaların, bacıların da sülh gərəkərsə namusu sayılan yaylığını çıxardıb atacaq, amma indi əynimizə geyinməyə parça çatmır.
    Gözlə bizi Vətən! Gələcəyik, mütləq gələrik, amma biz hələ çatla məşğuluq,ş əhidlərimizin ruhu bir az da dözsün, Qarabağ torpağında bir az da düşmən gəzsin, onsuz da geri alacağıq, bir az da gözlə. Biz hələ çatla məşğuluq. Xəbər salmısan dünyaya ki, guya sənə kömək edəcəyik. Inanma ki, bizi kimsə duya bilə, axi biz hələ çatla məşğuluq. Ağlayıb niyə dərd çəkirsən? Kimə sitəm edirsən? Bizə"oğlum","qızım" demə. Biz hələ çatla məşğuluq. Türk yurdusan, amma, pay vermərik amma, canımız da fəda, amma BİZ HƏLƏ ÇATLA MƏŞĞULUQ!

    Bu sözləri deyə-deyə artıq 18 il keçdi. Yenə təkrarlanan cümlələr, danılmış tarix, unudulmuş torpaq...!De,nə qədər çəkim həsrətini? Nə qədər sənsiz olsun hər bayramım, hər toyum, hər kədərim,hər yasım? Unutmuşuq tarixi,unutmuşuq torpağa tökülən qanı,unutmuşuq yaxşı-yaman fərqini. Bilə-bilə ki, köksünə qılınc batıb, amma biz hələ də ancaq fəryad, ahuzar etməkdən başqa heç nə bacarmadıq. Sən ölməmiş sənin üçün məzar qazdıq. Hamı canından keçəndə, biz də yurtdan keçdik. Bağışlama bizi Vətən....! Indi ancaq quşlardan ala bilirik səs-sorağını. Sən əsirkən səni darda qoyduq. Bəs hanı bizim cəngavər ruhumuz, hardadı?! Qoynuna gələ bilmədik bu qış da. Yetim kimi yolların boynunu burubdu, ağlamaqdan bulaqların kor olubdu, həsrətdən o Qara bağrın yanıbdı. Bağışlama bizi Vətən.....! Quş qəlbimizi qəfəsə salıblar. Ancaq peşmanlıqlar, kaşkilərlə didirik ürəyimizi. Sən qəbir daşı elə bu daş qəlbimizi. Bağışlama bizi Vətən! Sənin ayağına biz gəlməyincə, Bağışlama bizi Vətən....!

    Vərəqim boş deyildi. Ancaq bir cümlədən ibarət yazmışdım inşamı: "Nə qədər ki,Qarabağım geri alınmayıb, nə qədər ki, onu düşmənimdən geri almamışam, nə qədər ki şəhidlərimin ruhu narahatdi və nə qədər ki Qarabağ-məndən küsmüş torpağımın könlünü almamışam mənim Qarabağ haqqında yazmağa haqqım yoxdur!"
    Ey mən Azərbaycanlıyam deyən hər kəs! Sənin Qarabağ haqqında danışmağa haqqın yoxdur! Ancaq iş günləri olmayanda yadına saldığın ki, bu gün millətimin faciəsidi, qan yaddaşını, isğal tarixlərini və hətta adlarını bilməyənlər! Qarabağdan danışmağa haqqınız yoxdu. Bütün bunlara baxmayaraq mən Azərbaycanlıyam-türkəm deyən hər kəs! Mənə Azərbaycanlısan-türksən demə! Torpağını unudan, uğrunda canını verməkdən qorxan, beldən şalvar geyinib əsgər paltarını özünə yaraşdırmayan, müasirlikdir deyib soyunan, xarici musiqiləri əzbər bilib, Qarabağ şikəstəsini eşidəndə qulaqlarını tutan Azərbaycanlıyam deyirsə, mənə Azərbaycanlı demə!
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Mənim haqqım yoxdur

    sağole Emin bu hisse lap mene tesir eledi

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Mənim haqqım yoxdur

    bunu bir sagiridn dilden yazilandir tesirlendim mende dedim sizde oxuyun deye yerlesdirdim
    [

  4. #4
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Mənim haqqım yoxdur

    Ela movzudu cox beyendim

  5. #5
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Mənim haqqım yoxdur

    Alıntı NuriyeV Nickli Üyeden Alıntı
    Vərəqim boş deyildi. Ancaq bir cümlədən ibarət yazmışdım inşamı: "Nə qədər ki,Qarabağım geri alınmayıb, nə qədər ki, onu düşmənimdən geri almamışam, nə qədər ki şəhidlərimin ruhu narahatdi və nə qədər ki Qarabağ-məndən küsmüş torpağımın könlünü almamışam mənim Qarabağ haqqında yazmağa haqqım yoxdur!"
    Ey mən Azərbaycanlıyam deyən hər kəs! Sənin Qarabağ haqqında danışmağa haqqın yoxdur! Ancaq iş günləri olmayanda yadına saldığın ki, bu gün millətimin faciəsidi, qan yaddaşını, isğal tarixlərini və hətta adlarını bilməyənlər! Qarabağdan danışmağa haqqınız yoxdu. Bütün bunlara baxmayaraq mən Azərbaycanlıyam-türkəm deyən hər kəs! Mənə Azərbaycanlısan-türksən demə! Torpağını unudan, uğrunda canını verməkdən qorxan, beldən şalvar geyinib əsgər paltarını özünə yaraşdırmayan, müasirlikdir deyib soyunan, xarici musiqiləri əzbər bilib, Qarabağ şikəstəsini eşidəndə qulaqlarını tutan Azərbaycanlıyam deyirsə, mənə Azərbaycanlı demə!

    sağole Emin bu hisse lap mene tesir eledi
    Dogurdanda halal olsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.