5 sonuçtan 1 ile 5 arası

Laçının işğalı.... !

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Mar 2008
    Mesajlar
    195

    Laçının işğalı.... !

    Salam aleykum

    Tarix mayın 17-sindən 18-ə kecən gün il 1992 .... vətənimizin 1 parcasıda qoparıldı. Laçın rayonu ermənilər tərəfindən işğal edildi.

    LAÇININ İŞĞALI: 16 İLİN HƏQİQƏTİ

    1992-ci il mayın 18-də nə baş verdi? Azərbaycan neftinin Ermənistana göndərilməsində maraqlı olanlar işğalçıya öz məqsədlərinə çatmağa kömək etdilər

    C.MƏZAHİROĞLU


    Düz 16 il əvvəlя- mayın 18-də Ermənistanın silahlı quldur dəstələri Azərbaycanın qərb qapısı olan Laçın rayonunu işğal etdilər.
    Əvvəllər Zəngəzur qəzasının tərkibində olmaqla Laçın şəhəri 1924-cü ildə, rayon isə 1930-cu ildə yaradılıb. Laçın rayonunun yerini Tağı Şahbazi Simurq seçib və bu adı da ona özü verib. Bu rayon 1835 kv.km ərazisi olmaqla, bir şəhəri, 1 qəsəbəni, 125 kəndi əhatə edirdi. 1992-ci il mayın 18-də Laçın rayonunun işğal edilməsi nəticəsində 127 yaşayış məntəqəsində 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif ocağı, 101 məktəb, 5 məktəbdənkənar müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti, 30 rabitə şöbəsi, peşə məktəbi, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 12 min hektar əkin sahəsi, 60 min hektar yaylaq, 33,3 min hektar meşə massivi itirilib.
    Laçında dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardı.

    LAÇIN TALAN EDİLİR

    Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonunun meşələri qırılaraq istehsal üçün xarici ölkələrə göndərilir. "Rayonun Piçəniş və Hacışamlı meşəliklərindən qırmızı palıd qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, təbii halda bitən külli miqdarda iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədilə İrana və Avropa ölkələrin satılır", - deyə nazirliyin mətbuat xidməti bəyan edib.
    Nazirlik bu faktları "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz" tərəfindən aşkarlayıb. Nazirlik bəyan edir ki, rayonun Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılıb. Bu və digər vəhşiliklər nəticəsində rayona ümumilikdə 7 milyard dollar həcmində ziyan dəyib, 58229 nəfər məcburi köçkün düşüb.
    İşğal nəticəsində rayonda 333 nəfər şəhid, 225 nəfər əlil olmuş, 33 nəfər uşaq isə hər iki valideynini itirmişdir. Hazırda rayonun 68303 nəfər əhalisi əsasən Bakı, Sumqayıt şəhərləri, Abşeron, Bərdə, Tərtər, Ağcabədi rayonlarında, Taxtakörpü qışlağında və digər ərazilərdə məskunlaşıb.


    ERMƏNİSTANIN EKSPANSİYA ƏMƏLİYYATI

    Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xatırladaq ki, həmin dövrdə Azərbaycanın müdafiə naziri Rəhim Qazıyev, baş qərargah rəisi Şahin Musayev, baş qərargah rəisinin birinci müavini isə Səfər Əbiyev idi.
    1992-ci ilin 5-6 may tarixlərində Laçın rayonu Ermənistan ərazilərindən hücuma məruz qaldı. Ermənistanın ekspansiya korpusu Laçın, Qubadlı, Zəngilan ərazilərini Mehri, Qafan və Gorus istiqamətlərindən atəş altında saxlayırdılar. Onların məqsədləri ermənilərin sərbəst şəkildə Şuşaya daxil olması və şəhərin tamamilə təslim edilməsi, o cümlədən çox böyük strateji əhəmiyyətə malik olan Laçın ərazisini zəbt etməklə Dağlıq Qarabağı Ermənistana birləşdirmək idi. Mayın 13-14-də Ermənistanın Gorus sərhəd qoşunlarının zirehli texnikaları, 2 dağ atıcı taburu Mi-24 vertolytolarının müşayiəti ilə Qayğı qəsəbəsini və Laçın şəhərini bombardman etdi. Həmçinin may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını ələ keçirdi. May ayının 18-də isə Laçın böyük itkilər verərək tamamilə işğal olundu.
    Rayonun işğalını gerçəkləşdirən düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Rayon sakinləri deyirlər ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib. Yerli sakinlərin onların qarşısını almaq istəyi boşa çıxıb.
    O zaman Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. O səbəbdən cəbhə bölgələrimizdəki mövqelərimiz nəzarətsiz qaldı və ardıcıl işğal edilən rayonlarımızın sırasına Laçın da əlavə olundu.


    AZƏRBAYCAN NEFTİNİ ERMƏNİLƏRƏ KİM SATIB?

    Şuşa və Laçın rayonlarının erməni quldurlarının əlinə keçməsini Rəhim Qazıyev o dövrdə belə izah edirdi: "Şuşada və Laçında məğlubiyyətimizin birinci səbəbi mütəşəkkil ordumuzun olmamasındadır. Yəni dünya tarixində görünməyib ki, silahı, təcrübəsi, mütəxəssisi olmayan dövlət müharibə apara-apara 4-5 aya nizami ordu yaratsın. Özü də çox az miqdarda adamların köməyi ilə. Bu, ümumi dövlət səviyyəsində getmir. 3 aydır müqavilə bağlamışam ki, 3 min nəfərlik xüsusi təyinatlı ordu yaransın. Bu günə kimi süründürülür. Amma bu, 3 ay qabaq təsdiq olunsaydı, ordunun bir hissəsi - 600 nəfəri indi hazır idi. Bəs mən nə edim? Şuşa və Laçının işğalı zamanı azərbaycanlılardan ermənilərə işləyənlər olub. Uşaqlarımızı, benzinimizi, ərzağı onlara satıblar, 7 nəfərdən çox casus tutulub. Bunlar xəyanətdir" ("Azadlıq" qəzeti, 8 oktyabr, 1992-ci il).
    Qeyd edək ki, həmin dövrlərdə alay komandiri Arif Paşayev R.Qazıyevi qoşunların geri qaytarılmasında ittiham etmişdi. R.Qazıyev isə A.Paşayevin ittihamına belə cavab vermişdi: "Çox qəribədir, müdafiə naziri asılmalıdırsa, polk komandiri mövqeyini qoyub çıxdığına görə tikə-tikə doğranmalıdır" ("Azadlıq" qəzeti, 20 avqust, 1992-ci il).
    Həmin dövrdə AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev mətbuatda bildirmişdi ki, Müdafiə Nazirliyinin yuxarı eşelonunda korrupsiya baş alıb gedir: "Rüşvətxorluq adi hal alıb. Rəhim Qazıyevlə söhbətlərimizdə özü şəxsən bu halların olduğunu etiraf edib. Müxtəlif instansiyaların apardığı yoxlamalar həmişə nəticəsiz qalıb. Yəni hər şey ört-basdır edilib. Müdafiə Nazirliyində adicə qeydiyyat işi yox dərəcəsindədir. Ağdam bölgəsində 70 vaqon hərbi sursatdan istifadə olunduğu barədə arayış verilir. Ancaq məlum olub ki, bu sursatın bir hissəsini Bakıdakı "N" saylı hərbi zavoda gətirib zərərsizləşdirərək ştamplayıb mis tullantısı kimi respublikadan kənara çıxarırlar".
    F.Quliyev daha sonra Gürcüstana göndərilən 240 ton yanacağın taleyindən narahat olduğunu bildirirdi: "Həmin yanacağın əvəzində bizə göndəriləcək maldan xəbər-ətər yoxdur. Həmin yanacaq Ermənistana satılıb. Hökumət Müdafiə Nazirliyinin təqdimatına əsasən, 110 min nəfərlik ərzaq məhsulları və müxtəlif istehlak malları ayırıb. Ancaq Rəhim Qazıyev özü də etiraf edir ki, onun əsgər və zabiti bu rəqəmdən dəfələrlə azdır. Ordudakı "pripiskalar"a görə dövlətə milyardlarla ziyan vurulub" ("Azadlıq" qəzeti, 20 fevral, 1993-cü il).
    F.Quliyevin sözlərindən belə məlum olur ki, erməni quldurlar Azərbaycanın bir sıra rayon və şəhərlərini, o cümlədən Laçını Azərbaycan nefti hesabına işləyən texnika ilə işğal ediblər. Bəs görəsən bu nefti Ermənistana göndərməkdə kimlər maraqlı idi? Bütün bunlar Azərbaycanın hərb tarixinin araşdırılmamış, qaranlıq səhifələridir.
    Lakin müəyyən məlumatlar bir sıra məsələlərə aydınlıq gətirə bilər. O zaman Azərbaycan Müdafiə Nazirliyinin rəhbərlərinin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə müxtəlif fikirlər səsləndirilirdi. İsgəndər Həmidovun mətbuata ("Azadlıq", 2 mart, 1993-cü il) verdiyi müsahibəsində də bu fakt təsdiq olunur. "Ordu yaratmaqla paralel müharibə aparmaq üçün mütləq bu nazirliyə yüksək səviyyəli hərbçi rəhbərlik etməlidir. Rusiyanın Gəncədə yerləşən diviziyasının komandiri general Şerbak İsa Qəmbərova, Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniya Pənah Hüseynova bir neçə dəfə bildirib ki, Rusiya rəhbərliyi, xüsusən müdafiə naziri Pavel Qraçov Azərbaycanda müdafiə nazirinin dəyişdirilməsini istəmir".

    CİNAYƏTKARLAR CƏZALANDIRILMALIDIRLAR

    Bu gün qanunsuz şəkildə erməni əhalisinin məskunlaşdırılması işini aparan işğalçı tərəf yaşayış məntəqələrini erməni üslubunda yenidən qurur. Hətta Laçın rayonunun adını dəyişib Kaşatağ, şəhərin adını isə Berdzor qoyublar.
    Azərbaycanda isə işğalı həyata keçirən cinayətkarların axtarışı gedir. Hərbi prokurorluq orqanlarının məlumatına görə, Laçın rayonunun işğalı zamanı azərbaycanlılara qarşı cinayət törədən 100-dən artıq şəxs barəsində cinayət işi açılıb və onlar İnterpol vasitəsilə axtarışa verilib. Həmin cinayətkarların əksəriyyəti erməni milliyyətindən olanlardır.
    Laçınlılar isə öz doğma yerlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Onların bu arzusunu gözlərində qoymamaq üçün hamımız müqəddəs müharibəyə hazır olmalıyıq...
    Mənbə ayna qəzeti

    inşAllah mütləq və mütləq torpaqlarımızı qaytaracayıq.
    Mərhəmətli və Rəhmli Allahin adi ilə!
    3:173 “Allah bizə bəs edər. O nə gozəl vəkildir!"
    6:104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim gorsə, oz lehinə, kim gorməsə, oz əleyhinədir. Mən sizə nəzarətci deyiləm.
    25:30 Peygəmbər də “Ey Rəbbim! Həqiqətən, qovmum bu Qurani tərk etmisdi!”- deyəcək.
    3:42 Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur.
    I am a MUSLIM. Do not PANIC!


  2. #2
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Alıntı ChaosCastle Nickli Üyeden Alıntı
    Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın rayonunun meşələri qırılaraq istehsal üçün xarici ölkələrə göndərilir.
    bir neçe gün evvel bir yazı oxudum foruma da yazmışdım. ( [ ) Bele bir söz var idi :
    “Onsuz da bu torpaqlar əvvəl-axır əlimizdən alınacaq. Gərək Kəlbəcərdə azərbaycanlılardan bir dənə də əsər-əlamət qalmasın. Hətta qoca bir ağac olsa belə”...

    Ermeniler de bilir ki o torpaqlar Azerbaycanındır yene Azerbaycanın olacaq
    [
    Ya da
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Doğrudur ki! İşğal olunmuş rayonlarımızın təbii sərvətləri Erməni işğalçıları tərəfindən talan edilir. Bəs bizim minlərlə əsirlərimizin taleyi necə oldu görəsən? BUnlarla bir maraqlanan varmı? O zaman əsir düşən az yaşlı uşaqların belə indi 20-25 yaşı var. Onları nə kimi istifadə edirlər? Bunu necə dəyərləndirə bilərik? Bu gün milyon dolarlala xərci bayram şənliklərinə, xərcləməyə dəyərmi?
    Azərbaycanı, bir türk millətini heç bir düşmən yıxa bilməz. Sapı özümüzdən olan baltalardan başqa. Bu gündə bunlar az deyil.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Laçının işğalı.... !

    Orda şəhid olan zabit və əsgərlərə Allah rəhmət eləsin! kimlərinsə mənafelərinin qurbanları oldular.
    Nə Laçın nə Qubadlı nə də digərləri işğal olunmayıb....Hədiyyə... bir tək ona yazıq.
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  5. #5
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Laçının işğalı.... !

    Allah Hamisina Rəhmət Eləsin!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.