Sayfa 2/2 İlkİlk 12
16 sonuçtan 11 ile 16 arası

31 mart 1918 ci il soyqirimi

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Bəli bu gün bu yazıları çox-çox ürək ağrıları ilə yazıram. Ona görə ki Ermənilər bu qədər səs saaraq özlərinin qondarma soyqrımlarını yaydığı halda sakit dayanmışıq. Bu yaxında 4 rayon ərazisini gəzdim. Hamısında Növruz bayramı sevinci yaşayırdı. Bayramları mübarək!
    Ətrafa baxdıqca al-əlvan bəzək əşyaları hələdə küçələrdə yellənir. Bir kimsədən soruşursan ki, 4-5 gündən sonra soyqrım günüdür heç xatırlamaq istəmir.
    Ancaq bilmək lazımdır ki 1918-ci il 31 mart soyqrım günü kimi qeyd olunan gün, bir gün deyil, bütün mart ayında davam etmişdi. Bu tarix isə fikir versək sadəcə 31 martda qeyd ediləcək. Kütləvi mediayaya baxdıqda əyləncələr davam edəcək.
    Biz tariximizi beləmi yaşadırıq?
    Xeyr! Lakin bunu insanlarımıza yetərincə anlatmırıq.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Mümkün olan qədər bu internet səhifəyə baxın. Lütfən baxın. Unutmayın!

    [
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    31 MART SOYQIRIMI

    1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il Mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılarki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalarda artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı hesabı yox idi. Erməni millətçi faşistləri heçkimə rəhm etmirdilər, qarşılarına çıxan hərkəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər; “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. İnqilabi müdafiə komitəsi azərbaycanlıların müraciətini qəbul etdikdən sonra döyüşün dayandırılması haqqında göstəriş verdi. Lakin azəri-türk soyqırımı aprelin 2-nə qədər davam etdi. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Onlar “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin redaksiyasını, “İsmailiyyə” binasını yandırmışdılar. “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri təkcə Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə 7 min adam öldürüldü. 72 kənd qarət edildi və yandırıldı. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi ki; “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm...Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları nəhv etmək əmri verilmişdir”. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq “gözmuncuğu” düzəltmişdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  4. #14
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    31 mart 1918 ci il soyqirimi

    --------xatirlatma

  5. #15
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: 31 mart 1918 ci il soyqirimi

    Basimiz sag olsun sehidler olmez
    [

  6. #16
    Junior Member
    Üyelik tarihi
    Apr 2010
    Mesajlar
    6

    Re: 31 mart 1918 ci il soyqirimi

    Müstəqil Azərbaycan respublikasinin parlaq gələcəyi naminə onun Konstitutsiyasini və ölməz ümummilliliderimiz olan Heydər Əlirza oğlu Əliyevin ideyalarini rəhbər tutaraq,yenilməz üçrəngli bayrağımızı daha da zirvələrə qaldırmaq,vətənimizi güclü bir dövlətə çevirmək naminə bütün çətinliklərə hazir olmalıyıq və Azərbaycanimizi işıqli gələcəyə aparmalıyıq.Bütün gəncləri"DEMOKRATİK CƏMİYYƏTİN İNKİŞAFİNA YARDİM İCTİMAİ BİRLİYİ" təskilatına dəvət edirəm.Maraqlananlar elaqə saxlasınlar....
    dciy.azersayt.com

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.