Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Milli parkların dövlət təbiət qoruqlarından fərqi nədir?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Milli parkların dövlət təbiət qoruqlarından fərqi nədir?

    Milli Parklar – xüsusi ekoloci, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Yaranma tarixi çox gənc olan və qısa müddət ərzində sayı 7-yə çatdırılan milli parkların təşkilində əsas məqsəd ətraf mühitin, ekoloci tarazlığın, təbiət abidələrinin qorunması şərtilə ekoturizmin inkişafı, ekoloci maarifləndirmənin gücləndirilməsi, regionun zəngin təbiətinin qorunması və tərənnümündən ibarətdir.


    Dövlət Təbiət Qoruqları isə – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət Qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.