5 sonuçtan 1 ile 5 arası

Asan şokoladlı dondurma

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Asan şokoladlı dondurma

    Artıq dükkanlardan dondurma almağa son.
    Çünki sizə elə bir resept verəcəyəm ki, deyəcəksiniz ki, elə bu, dondurma düzəltmək belə asan iş imiş?

    Bu mənim özümün fikirləşdiyim dondurmadır. Qatılaşmış südün bəzi dondurmaların hazırlanmasında istifadə edildiyini bilirdim, və hətta internetdə bir neçə reseptlə də rast gəldim. Ama oxuduğum reseplərdə ya yumurta sarısı, ya da qaymaq var idi. Fikirləşdim ki, qaymağın əvəzinə elə adi süddən istifadə edim, yumurta sarısından isə heç istifadə etməyim. Ərzaqlara kakao tozu vı qatılıq üçün nişasta əlavə etdim və nəticədə ləzzətli şokoladlı dondurma alındı. Görəcəksiniz ki, bu dondurmanı hazırlamaq yalnız bir neçə dəqiqənizi alacaq. Düzdür, sonra o, uzun müddət buzluqda donmalıdır, amma eybi yoxdur, məncə gözləməyə dəyər. Nuş Olsun!


    Asan Şokoladlı Dondurma

    3-4 porsiya üçün

    2 stəkan süd (yağlı və ya yağı az ola bilər, amma yağlı olsa daha ləzzətli olar)
    1 konserv bankası (390 qramlıq) qatılaşmış süd (squshennoye moloko)
    3 xörək qaşığı tünd şəkərsiz kakao (şirin kakao tozu vursanız dondurmanız həddindən artıq şirin olar)
    1 xörək qaşığı qarğıdalı nişastası


    Hazırlanması:

    Balaca qazana süd və kakao tozunu qoyun. Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin.

    Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin.

    Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir). Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.

    Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın. Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin.
    Dondurmanız hazırdır. Nuş Olsun!
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: Asan şokoladlı dondurma

    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Asan şokoladlı dondurma

    Bu nədiiiii!!!!! Səhərdən taxta qaşiq,qab-qazan,stəkan-nəlbəki qalmadi,bütün mətbəx dağildi-töküldü amma dondurmani hazirlaya bilmədim.!Heç də sadə deyil.Ondansa mağazadan alsaydim əla olardi.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2010
    Mesajlar
    512

    Re: Asan şokoladlı dondurma

    Ev dondurmaları hiç tutmyor yav. Zamanında çok denedim. Dışarıdan almak en makbulü (:
    Kahvenden bir yudum bile almamışsın, korktunmu beni 40 yıl sevmekten.

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Mar 2011
    Yer
    Colunga
    Mesajlar
    1

    Re: Asan şokoladlı dondurma


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.