Ali məktəblərə hazırlaşanların nəzərinə! Gələn tədris ili üçün ali məktəblərə qəbul qaydalarına dəyişik edilib.

Bundan sonra Azərbaycan bölməsinin abituriyentləri xarici dil kimi rus dilini seçə biləcəklər.

Səbəb müstəqillik illərindən sonra tədricən təhsil prıoqramından rus dilinin xarici dil fənni statusu almasıdır.

Yeni qərarı təhsil naziri Misir Mərdanov da müsbət qarşılayıb.

Bundan əlavə əvvəlki illərdən fərqli olaraq gələn ildən Azərbaycan bölməsi üzrə III ixtisas qrupunun Dil tarix altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq.

Bu illik qəbul qaydalarında dəyişikliyin bununla kifayətləndiyini deyən TQDK rəsmisi yeni imtahan mövsümündə abituriyentlərin qaydalarla bağlı başqa surpriz gözləmədiyini bildirir.

Hazırkı mərhələdə isə TQDK hər fənn üzrə elmi metodik seminarlar keçirir. Həmin səminarda ötən ilki imtahanların sualları təhlil edilir və növbəti imtahanların sualları müəyyənləşdirilir.