Sayfa 2/2 İlkİlk 12
13 sonuçtan 11 ile 13 arası

Abituriyent 2006 - 2007

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    Statistik olraq Azərbaycanda təhsil səviyyəsi qalxır, amma təhsillilərin sayı azalır.Yəni ümumi götürdükdə təhsil səviyyəsi düşür.

    Bunlar a baxmayaraq son illərdə təhsil çox inkişaf edib.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #12
    Member
    Üyelik tarihi
    Oct 2007
    Mesajlar
    38
    okuduk bi işe yaramadı ama bırgun elbet yarayacak umudu ile beklıyorum

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycan Milli Məclisində “Təhsil haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.Müzakirələr zamanı çıxış edən millət vəkili Fuad Muradov bildirib ki, təhsildə nəzarət mexanizmi gücləndirilməlidir.


    Onun sözlərinə görə, hicabla bağlı maddə qanun layihəsindən çıxarılmalıdır. Təhsil işçilərinin sosial müdafiəsinin təmin olunmasını vacib sayan deputat Musa Quliyev deyib ki, qanunda təhsil işçilərinə qayğının artırılması öz əksini tapmalıdır. Millət vəkili Fəzail İbrahimli özəl təhsil sahəsində ciddi problemlərin olduğunu vurğulayaraq bildirib ki, tələbə qəbulu prinsipi olduğu kimi saxlanmalıdır. Ancaq burada ciddi islahatlara ehtiyac var: “Prestijli fakültələrdə imkanlı şəxslərin övladları təhsil alır ki, bu da normal hal deyil”. Qanunda heç bir yeniliyin olmadığını deyən millət vəkili Pənah Hüseynli söyləyib ki, maddələrin əksəriyyəti 1992-ci ildə qəbul olunmuş qanundan götürülüb: “Ancaq həmin qanunda təhsil işçilərinin əmək haqları orta aylıq əmək haqqından yuxarı həddə müəyyənləşdirilmişdi. Yeni qanunda isə bu prinsip yoxdur. Qanunda tələbə, şagird və müəllim anlayışı açıq göstərilməyib”. Vitse-spiker Ziyafət Əsgərov layihənin qəbul edilməsinin tərəfdarı olduğunu söyləyib. Millət vəkili Yevda Abramov isə bildirib ki, qanunda ilk öncə orta məktəblərlə bağlı problem əksini tapmalıdır: “Qanuna rektorlar münasibət bildirməlidirlər. Bəzi təhsil müəssisələrində şagird və tələbələr dərsə müəllimlərdən bahalı paltarlarda, maşınlarda gəlirlər. Bundan sonra müəllim həmin tələbə və ya şagirdə necə dərs keçsin? Müəllimə qayğı artırılmalıdır. Hicabla bağlı maddə isə layihədən çıxarıla bilməz. Çünki Azərbaycan dünyəvi dövlətdir”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qəbul sahəsində aparılan islahatlardan danışıb: “ Təhsillə bağlı aparılan araşdırmalar nəticəsində xeyli məlumat əldə etmişik. Məsələn, cənub bölgəsində ötən ilin qəbulunda müraciət edənlərin 92 faizi oğlanlardır. Bunlar ciddi məsələlərdir”. Təhsil naziri Misir Mərdanov 5 yaşlı uşaqların icbari şəkildə bağçaya gətirilməsinə müsbət yanaşdığını deyib: “Repetitorlardan istifadə edilməsinə normal baxırıq. Hesab edirik ki, orta məktəbdə 9 il icbari təhsil olmalıdır. Təhsildə pillələrarası keçidlərdə də nəticələr nəzərə alınmalıdır”. Müzakirələrdən sonra layihə 7 nəfər əleyhinə, 106 nəfər lehinə olmaqla qəbul edilib.

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.