2 sonuçtan 1 ile 2 arası

Röya: «Gözümü yumub, qulağımı tutmuşam»

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Röya: «Gözümü yumub, qulağımı tutmuşam»

    «Heç bir müğənni prodüsserinə ev, maşın almır»

    Röya: «Gözümü yumub, qulağımı tutmuşam»

    «Söz vermişəm ki, bir daha heç vaxt heç kimdən söz-söhbətimi eşitməyəcəksiniz. Çünki gözümü yumub, qulağımı tutmuşam. Demək olar ki, bütün günü evdəyəm. Evdən yalnız vacib işim olanda çıxıram». Bunu bizimlə söhbətində Röya dedi. Əlavə etdi ki, bəziləri onun adından istifadə edib, məşhurlaşmaq istəyirlər: «Qalmaqal sözündən zəhləm gedir. Əgər kimsə belə bir yola əl atıb, məşhur olursa, bu, onun öz işidir. Hər kəsin öz alın yazısı var. İstəyirəm, şəxsi işlərim, həyatım heç kimi maraqlandırmasın. Röyanın disklərini qoyub, səsinə qulaq assınlar, vəssalam».

    Yeni layihələrindən də söz açan müğənni böyük bir müqaviləyə qol çəkdiyini söylədi. Röya sözügedən proyektlə bağlı iki aylıq Azərbaycanı tərk edəcək. Bundan başqa, o, Vaqif Gərayzadənin onun üçün bəstələdiyi təzə mahnını oxuyacaq: «Mahnı cəmi 2 dəqiqə davam edir. Bu mahnını 2 dəqiqə ərzində tez-tez ifa etməliyəm».

    Qeyd edək ki, Röyanın keçmiş prodüsseri Tolik indi Aygün Kazımova ilə işləyir. Baxmayaraq ki, eks-prodüsser Röyanın ünvanına xoşagəlməz ifadələr işlətmişdi, müğənni Toliklə yaxın dost olduğunu söylədi: «O mənim prodüsserim olmayıb. Heç bir müğənni öz prodüsserinə ev, maşın almır. Mən isə Tolikə bunları almışam. Mənim ətrafımda həmişə dost və yaxın adamlarım olub”.

    Mənbə: Gündəlik Azərbaycan
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2007
    Mesajlar
    391
    maraqli melumat ucun tesekkurler!.........................

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.