Müğənni Bagira ekranlara qayıdacaq. Türkiyə səfərindən məmnun qayıdan müğənni “Bir qızam” mahnısına klip çəkdirəcək. Bu barədə müğənninin mətbuat katibi Mikayıl Hüseynov məlumat verib: “Bagira çox məşhur rejissorla işləmək fikrindədir. İstəyir ki, klip çox gözəl olsun. Müğənni klipdə müxtəlif obrazlarda görünməyi arzu edir”.
Mətbuat katibi klipin vəsaitinin yarısının artıq hazır olduğunu deyib: “Yarısı da Türkiyədən göndəriləcək. Onun Türkiyədə biznesi var, amma nə biznesidir, deyə bilmərəm, sirrdir..”
M.Hüseynov niyə məhz “Bir qızam” mahnısına klip çəkiləcəyinin səbəbini də açıqlayıb: “Bilirsiniz, bu mahnı bütünlüklə Bagiranın obrazını tamamlayır. Qız uşağı nə oxuyar e? Əlbəttə ki, “Bir qizam” mahnısını... Həm də o mahnının üstündə o qədər qalmaqal qopdu ki, bu söhbətə nöqtə vurmaq lazım idi...”