Elşen Cebrayılov



Cəbrayılov Elşən Şahin oğlu 12 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.Universitetdə təhsil ala-ala Musiqili Komediya Teatrında, əvvəl balet artisti, sonra xor aktyoru işləyib. 2-ci kursda oxuyanda Akademik Milli Dram Teatrına dəvət olunaraq, N.Hacızadənin «Qisas qiyamətə qalmaz» tamaşasında Nurlan rolunu ifa edib. Elşən Cəbrayılov 1999-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor qəbul olunub. O, teatrda aşağıdakı rolları oynayıb: Şiruyə («Fərhad və Şirin» S.Vurğun), 3-cü ərizəçisi («Lənkəran xanının vəziri» M.F.Axundov), İlyas («Aydın»C.Cabbarlı), 2-ci aktyor və Kapitan («Hamlet»V.Şekspir), Patrik («Brüsseldən məktublar» H.Həsənov), Vəkil («Varlı qadın» Ə.Əmirli), Fikrət («ikinci səs» B.Vahabzadə), Oğlan («İnsan səsi» J.Kakto).
Elşən Cəbrayılov bir çox Dövlət səviyyəli tədbirlərdə yaxından və fəal iştirak edir.


Vefa Zeynalova (Rzayeva)



Vəfa Əliseyran qızı Zeynalova 4 oktyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Səltənət bəyim («Hökmdar və qızı» İ.Əfəndiyev), Şirinin rəfiqəsi («Fərhad və Şirin» S.Vurğun), Aynişan («Burlaxatun» N.Xəzri), Zöhrə («Eşq və intiqam» S.S.Axundov), Sona («Hələ sevirəm deməmişdilər…» Ramiz Novruz), Sonya («Cinayət oyunu» N.Dostayevski), Bəyim («Xurşidbanu Natəvan» İ.Əfəndiyev), Soqa («Kaş araba aşmayaydı» O.İoseliani), Leyla («Mesenat» Ə.Əmirli), Zümrüd («Eloğlu» A.Şaiq). Vəfa Zeynalova Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda müxtəlif obrazlar yaratmışdır.

Fidan Axundova



Fidan Elmar qızı Axundova 18 sentyabr 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1994-cü ildə Bakının Nəsimi rayonundakı 44 saylı məktəbi bitirib. Həmin il ölkəmizin paytaxtındakı 2 saylı tibb məktəbinə daxil olub. İkiillik təhsilini uğurla başa vurduqdan sonra 998-ci ilə qədər müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə ola-ola Akademik Milli Dram Teatrına dəvət olunaraq Nəbi Xəzrinin “Burla xatun” dramının tamaşasında Banu Çiçək rolunu oynayıb. Tamaşanın premyerası 19 iyun 1999-cu ildə göstərilib. Tələbə-aktrisanın qabiliyyət və bacarığı nəzərə alınaraq 9 sentyabr 1999-cu il tarixdə Akademik teatrın truppasına götürülüb. 2002-ci ildə təhsilini başa vuran Fidan Axundova əsas iş yerini dəyişməyib. O, Akademik Milli Dram Teatının səhnəsində maraqlı rollar ifa edib. Fidan Axundova bəzi maraqlı rollar ifa edib:

Banu Çiçək. “Burla xatun”, Nəbi Xəzri. Qəmər. “Eşq və intiqam”, Süleyman Sani Axundov. Aktrisa. “Hamlet”, Vilyam Şekspir. Müxbir və Narkoman qız. “Kəllə”, Nazim Hikmət. Zerbinetta. “Skapenin kələkləri”, Jan Batist Molyer və s. Hələ tələbə vaxtlarından Azad Azərbaycan Televiziyasında (ATV) səhər musiqili-əyləncəli verilişinin aparıcısıdır. Fidan Axundova bir müddət Lider televiziyasında da verlişlərə aparıcılıq etmişdir. Müxtəlif özəl şirkətlərin çəkdikləri “Qız qalası” (Fidan), “Şərəf” (Jalə) telefilmlərində oynayıb.

Mövzunun ardı gelecek