2 sonuçtan 1 ile 2 arası

Şou Biznes nümayəndələrinin gerçək adları

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Şou Biznes nümayəndələrinin gerçək adları

    APA adlarını dəyişdirmiş şou-biznes nümayəndələrinin gerçək adları ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı bir çox tanınmış müğənnilərin ad-soyadlarını müxtəlif formada dəyişdirdiyi üzə çıxıb. Bunun müxtəlif səbəbləri mövcuddur. Səbəblərdən biri müğənninin öz keçmişini gizlətmək üçün bu vasitədən istifadə etməsi, digər səbəbi isə yerli müğənnilərin dünya ulduzlarının yolu ilə getməsidir. Yəni, bizim “ulduz”lar adlarını və ya soyadlarını dəyişdiməklə özlərinin dünya şou-biznesinə daha yaxın hiss edirlər. APA-nın apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycan şou-biznesində öndə gedən sənətçilərin əksəriyyəti başqa adla tanınırlar.

    Röya - Röyalə Nəcəfova
    Ruhi - Ruhiyyə Əliyeva
    Tolik - Tarix Əliyev
    Nura - Aynurə Suri
    Azərin - Anaxanım Tağıyeva
    Rəqqasə Sevda - Sevda Sanəliyeva
    Faytonçu Nazim - Nazim Pişiyari
    Namiq Qaraçüxurlu - Namiq Şükürov
    Elnur - Elnur Məmmədov
    Natəvan Həbibi - Natəvan Həbibova
    Elşad Xose - Elşad Əliyev
    Anar Nağılbaz –Anar Cəbiyev
    “N brothers” qrupunun rəhbəri Namiq qardaş - Namiq Qafarov
    Ülviyyə Könül – Ülviyyə Kərimova. Könül isə rejissor xanımın qızının adıdır.
    Məryəm Süleymanlı - Maryanna Süleymanova
    Samira - Samirə Allahverdiyeva
    Qədir Qızılsəs - Qədir Məmmədov
    Samir Bağırov - Samir Minulin. Samir Bağırov milliyyətcə tatar olan atasının deyil, anasının soyadından istifadə edir.
    İlqar Xəyal - İlqar Hənifəyev
    Aqil M. Quliyev - Aqil Məzahir oğlu Quliyev.
    Sayqa Cahid - Sayqa Məmmədova. Cahid Sayqanın oğlunun adıdır.
    Teymur Əmrah - Teymur Əmrahov
    Xuraman Şuşalı - Xuraman Hüseynova
    Göyçək Fatimə - Fatimə Fətəliyeva
    İlahə Fəda - İlahə Məmmədova
    Fədayə Laçın - Fədayə Məmmədova
    Kənan M.M - Kənan Mahmud oğlu Mahmudov
    Bagira - Sevda

    Ulduzlarımızın öz adlarını dəyişməsinə münasibətiniz necədi?

  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Şou Biznes nümayəndələrinin gerçək adları

    Azerin yaxshi edib adin deyishib.indiki zamanede Anaxanim adini kimdi beyenen.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.