Röya Ayxan: "Heç bir əcaib xəstəliyim yoxdur".
Röya da Faiq Ağayev kimi dekabr ayında keçirəcəyi konserti təxirə salıb və bu konserti bahar aylarının birinə planlaşdırıb. Hazırda Nailə Mirməmmədli ilə yeni mahnılar üzərində işləyən müğənni bu mahnıları da konsert proqramına daxil edəcək.

Qeyd edək ki, Röya konsertini də Nailə xanımla birlikdə hazırlayacaq.
Dünya estradasında Beonsu təqdir edən, bu müğənni ilə bir səhnəni paylaşmaq arzusunda bulunan, fəxri ad almağın onun üçün hələ tez olduğunu deyən, səhnə adamında yalnız sənəti qiymətləndirən, "Evrovizion" müsabiqəsinin seçimlərinə qatılmaq istəməyən Röya bundan sonra səhnədə əsasən milli geyimlərdə görünəcəyini deyir: "Bəzi modelyerlərlə bu barədə danışıqlar aparmışam. Onlar artıq mənim üçün belə geyimlər hazırlamağa başlayıblar. Saçım və üz hissəm isə əvvəlki kimi qalacaq, yəni hələlik bir dəyişiklik etmək fikrim yoxdur. Nə vaxt üzümdə və ya bədənimin hansısa yerində bir problem, yaxud xoşagəlməzlik sezsəm, o zaman plastik əməliyyata müraciət edəcəyəm. Hələliksə belə bir ehtiyacım yoxdur".
Röya haqqında son zamanlar cürbəcür şayiələr də gəzir: guya, hansısa sağalmaz xəstəliyə tutulub: "Mən də bunu eşitmişəm, amma yalandır. Bu şayiələri üzümə gülüb arxamca danışanlar yayırlar. Heç bir əcaib xəstəliyim yoxdur. Narkoman da deyiləm. Sadəcə, siqaret çəkirəm, bu da narkomanlıq deyil. Bilirsiniz, mən sənətə yüksək qiymət verirəm və yalnız belə adamlarla ünsiyyət qururam. Lakin bundan xoşlanmayan dırnaqarası sənətçilər barəmdə olmazın sözlər danışırlar. Bəlkə də bu təbiidir, amma bu qədər yox də".