Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Rəhim Rəhimli ticarətlə məşğuldur

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Rəhim Rəhimli ticarətlə məşğuldur

    YERLİ ŞOU-BİZNESİN DURUMU MÜĞƏNNİNİ QANE ETMİR.
    Uzun illər idir ki, yerli şou-biznesdə səsi gəlməyən müğənni-bəstəkar Rəhim Rəhimli karyerasını Türkiyədə davam etdirmək qərarına gələrək, oradakı yerli şirkətlərin biri ilə uzunmüddətli müqavilə bağladı. Beşillik müqavilənin müddəti başa çatdıqdan sonra isə o, yenidən Azərbaycana qayıtmalı oldu. Hazırda müğənni oxumağa bir o qədər də üstünlük vermir. Səbəbini isə "indi sənətə o qədər də diqqət yetirilmir. Etiraf etmək lazımdır ki, Azərbaycanda şou-biznes yoxdur, dünya ölkələri ilə müqayisə etsək, buna şou-biznes deməzlər" kimi izah etdi. Hazırda bir çox sənət adamlarını yalnız və yalnız toy maraqlandırdığını deyən Rəhim Rəhimli bunu acınacaqlı hal kimi qiymətləndirərək, bu problemdən narahat olduğunu dilə gətirdi. Onun sözlərinə görə, sənətdə təsadüfi adamlar çoxdur və sənətə gəlmək üçün gənclərin hazırda imkanları geniş olsa da, aralarında elələri var ki, ümumiyyətlə onu bu sənətdə görmür. Onların adlarını açıqlamaq istəməyən Rəhim Rəhimli "bunlar bir neçə nəfər deyil, bir qrupdur" dedi. Bir sözlə, Türkiyə şou-biznesinin qayda-qanunlarına öyrəşən müğənnini yerli şou-biznesin durumu qane etmir. Rəhim Rəhimli indi oxumaqdan çox mahnılar yazmağı üstün tutur. Qeyd edək ki, yazdığı mahnılar özünün söylədiyi kimi, bir çox tanınmış həmkarları tərəfindən ifa olunur. Efirdə az-az görünməsinə gəlincə isə, o qeyd etdi ki, buna bir o qədər də meyilli deyil. Bu arada Rəhim Rəhimli bir məqamı da açıqladı. Sən demə o, həm də ticarətlə məşğuldur. Yaradıcılıq işlərinə gəlincə, onun Türkiyədə albomu hazırlanır. Albomla əlaqədar olaraq Rəhim Rəhimli bir neçə aydan sonra Türkiyəyə yenidən qayıdacağını vurğuladı.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.