2 sonuçtan 1 ile 2 arası

Plastik əməliyyatla simasını dəyişmiş azərbaycanlı məşhurlar (Araşdırma)

  1. #1
    Senior Member Regina - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2013
    Yer
    Deep Cove, Beautiful
    Mesajlar
    133

    Plastik əməliyyatla simasını dəyişmiş azərbaycanlı məşhurlar (Araşdırma)

    Plastik əməliyyat dəbi təkcə tanınmışları deyil, sıradan bir adamları da gözəllik naminə qurban verməyə sürükləyib. Amma üzdə olan daha çox birincilərdir. Odur ki, insanlar tanınmışların hansı əməliyyatdan keçdiklərinə maraq göstərirlər. Modern.az bu marağı nəzərə alaraq, Azərbaycan şou-biznesində plastik əməliyyat keçirən şəxslərin kimliyini oxuculara təqdim edir.

    İlk plastik əməliyyat etdirən məşhurlar


    Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub.

    Qiraətçi xanımdan sonra hələ sovetlər dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. Hər ikisi əməliyyatlarını Gürcüstanda etdirib. Flora Kərimova bu yaxınlarda üzündə də əməliyyatlar etdirib. O üzünü gərdirib.

    Faciə ilə bitən əməliyyatlar

    İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Sovet dövründə Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Anatoli Karol adlı həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.

    Yəqin ki, müğənni Reyhan Müslümovanın adı da çoxumuza tanışdır. Artıq çəkidən əziyyət çəkən müğənni çarəni plastik əməliyyatda görür. Şəkər xəstəsi olduğundan bir çox həkimlər əməliyyat aparmaqdan imtina edirdilər. Lakin riskin altına girməyə hazır olan cərrah tapılır. 2002-ci-ci ilin mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksəlir, o komaya düşür və həyatını itirir. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır .

    Rekord vuran müğənnilər

    Plastik əməliyyat etdirən sənətçilərin siyahısına bədəninin müxtəlif yerlərində əməliyyat keçirən Rəqsanə başçılıq edir. Rəqsanə gözəlləşmək üçün xeyli miqdarda pul xərcləyib. Amma yenə də pul xərcləməkdə davam edən müğənni gözəlliyə hələ də tam nail ola bilmir. Xanım müğənninin üzündə və bədənində qüsurlar yetərincədir.

    İkinci pillədə xalq artisti Aygün Kazımova qərarlaşıb. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən xanım müğənni əməliyyatları barədə öyünərək danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib və dediyinə görə, iki qabırğasını da çıxartdırıb.

    İlk əməliyyatını 2000-ci ildə etdirən Nazpəri Dostəliyeva bilindiyi qədər ən azı 5 dəfə əməliyyat keçirib. 2 dəfə burnunda, 1 dəfə üzündə, 1 dəfə dodaqlarında, 1 dəfə də qıçlarında əməliyyat edilib.

    Ən çox əməliyyat etdirən məşhurların arasında Könül Kərimova da var. Demək olar ki, plastik əməliyyat nəticəsinə müğənni simasını tam dəyişdirib.

    Dodaqlarının, burnunun, qıçlarının və bədəninin görünüşünü dəyişdirən Brilliant Dadaşovanın keçirdiyi əməliyyatlar həmişə gizli olur. Heç vaxt plastik əməliyyat etdirmədiyini deyən sənətçi əksinə, belə əməliyyatları ilə demək olar ki, sənətçilərin önündədir. Əldə etdiyimiz məlumata görə, müğənni xanım son olaraq belini incəltmək üçün iki qabırğasını da çıxartdırıb.

    Xalq artisti Məleykə Əsədova da dəfələrlə əməliyyat keçirib. Lakin aktrisa əməliyyat etdirdiyini həmişə gizli saxlayıb. O, burnunu əməliyyat etdirib, dodağını botoks preparatı sayəsində həcmləşdirib, üz dərisini gərdirib.

    Xalq artisti İlhamə Quliyeva heç vaxt əməliyyat olmaması ilə öyünür. Lakin müğənninin üzünə baxdıqda asanlıqla anlaşılır ki, dodaqları və qaşları plastik əməliyyat keçirib. Bundan əlavə, o sinəsindən və üz dərisindən də əməliyyat olunub.

    Müğənni Röya da plastik əməliyyatı seçən müğənnilərdəndir. O, təkcə burnunu 3 dəfə əməliyyat etdirib.

    Xalq artisti Nisə Qasımova da cavanlaşmaq məqsədi ilə üzündə əməliyyat keçirdib.

    Plastik əməliyyat keçirənlər arasında müğənni Zöhrə Abdullayeva da var. Müğənni bir neçə müddət öncə üz dərisini dartdırıb, dodağını silikon, qarnını, ayaqlarının yuxarı hissəsini liposaksiya etdirib. Bu, müğənninin keçirdiyi ilk əməliyyat deyil. Vaxtilə Zöhrə xanım burnunun formasını da dəyişib.

    Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva da bir dəfə plastik əməliyyat keçirib. O əməliyyat nəticəsində artıq çəkilərindən azad olunub.

    Müğənnilər Xuraman Şuşalı Almaz Ələsgərli də uğursuz burun əməliyyatı etdirmiş sənətçilər sırasındadır.

    Hamının "Toppuş bacı” kimi tanıdığı aktrisa Tünzalə Əliyeva da 2 dəfə plastik əməliyyat etdirib. Sonuncu əməliyyat nəticəsində aktrisanın bədənindən 30 kq piy çıxarılıb.

    Müğənni Mətanət Əsədova da plastik əməliyyat keçirdib. Belə ki, o həm burnunu əməliyyat etdirib. Həm də sifətində bəzi dəyişikliklər etdirib.

    "Gözəlləşmək” istəyən kişilər

    Azərbaycan şou-biznesində də kişi müğənniləri arasında müxtəlif plastik əməliyyatlar keçirənlərin sayı az deyil.

    Nadir Qafarzadə əməliyyat keçirdiyini nə qədər gizlətməyə çalışsa da, müğənnin üzünə baxan kimi bunu aydın görmək olur. Belə ki, kişi müğənnimiz burnuna və dodağına əl gəzdirib. Müğənni dodağına silikon qoydurub, alnına botoks üsulu ilə vaksinlər vurdurub.


    Sifətinə əməlli-başlı əl gəzdirən kişi müğənnilər arasında Cavanşir Məmmədov son vaxtlar bütün medianın diqqətindədir. Belə ki, müğənni həm sifətinə botoks etdirib. Üzünü gərdirib. Bundan başqa, C.Məmmədov başına saç əkdirib.

    Saç əkdirənlər arasında müğənnilər Vasif Məhərrəmli, Elariz Məmmədoğlu da var.

    Samir Bağırov da həkim bıçağının altından keçən müğənnilər arasındadır.

    Rəhim Rəhimli də burnundan əməliyyat etdirsə də, bəzi problemlərin qaldığını bildirib.

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892
    Xa xa bezenibler bu gündediler bezenmeseydiler ne günde olacaqdılar
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.