Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Tünzalə Ağayeva "Ev tapşırığını" yerinə yetirdi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Tünzalə Ağayeva "Ev tapşırığını" yerinə yetirdi

    O, “Avroviziya” müsabiqəsi üçün mahnı bəstələdi.
    Azərbaycanın adını beynəlxalq festivallarda həmişə zirvələrə qaldıran əməkdar artist Tünzalə Ağayeva ona tapşırılan işin öhdəsindən məharətlə gəlib.
    Söhbət 2008-ci ildə “Avroviziya” musiqi yarışmasında ölkəmizi təmsil edəcək ifaçının oxuyacağı mahnıdan gedir. Deməli, bəstəkar-müğənni Tünzalə Ağayevanın ərsəyə gətirdiyi “Sunrise” (“Şəfəq”) adlı müasir və dinamik ritmlərlə zəngin olan mahnını Cəmil Əmirov oranjeman edib. Əgər müsabiqənin Azərbaycan üzrə təşkilat komitəsi və münsiflər heyəti bu mahnını bəyənsə, gələn il Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunacaq “Avroviziya-2008"-də ölkəmizi təmsil edəcək müğənninin ifasında ”Şəfəq" bütün Avropaya təqdim oluna bilər. Bundan əlavə, müğənni “Ölkəm” layihəsi ilə Rusiya və Türkiyənin ən məşhur konsert saraylarında Azərbaycan musiqisini təbliğ edəcək. O, həmin layihədə tanınmış sənətkarlardan Üzeyir Hacıbəyov, Bülbül, Asəf Zeynallı və Cahangir Cahangirovun əsərlərinə müraciət edib.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.