Azərbaycanın komik aktyoru Fərda Xudaverdiyev Yeni İlin ilk günü ata oldu. Onun ikinci oğul övladı dünyaya gəldi. Xatırladaq ki, 33 yaşlı aktyorun artıq Amin adlı 2 yaşlı oğlu da vardı.

Qeyd edək ki, Fərda 2010-cu ildə Günel adlı qohum xanımla ailə həyatı qurub.