Portuqaliya və Polşa “Eurovision – 2013”də iştirakdan imtina edib.


“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlmata görə, hər iki ölkə İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision- 2013” mahnı müsabiqəsində ekonomik kriz səbəbiylə iştirak etməyəcəklərini açıqlayıb.

Portuqaliya bu qərar ilə son 48 ildə üçüncü dəfədir ki, müsabiqə fürsətini əldən verir. Portuqaliyanın bugünə kimi 9 iştirakçısı “Eurovision”da ilk onluqda olub. Ən yaxşı nəticəni isə 1996-cı ildə göstərib (6-cı yer).
Polşa isə son iki ildir ki, müsabiqəyə qatılmır. Ən yaxşı nəticəni 1994-cü ildə göstərib ( 2-ci yer).
Qeyd edək ki, “Eurovision- 2013” mayın 14-dən 18-ə kimi keçiriləcək.
İsveç artıq 5-ci dəfədir ki, müsabiqəyə ev sahibliyi edir. Lorin “Eyforiya” mahnısı ilə İsveçi bu il qalib edib.