Dünyaşöhrətli müğənni Şakira barəsində yayılan şayiələrə son qoyub. Müğənni rəsmi “Twitter” səhifəsində Azərbaycanda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatının rəsmi bağlanış mərasimində iştirak edəcəyini yazıb.
“Səbrsizliklə oktyabrın 13-14-də Bakıdakı çıxışımı gözləyirəm. Tezliklə görüşərik”,- deyə Şakira yazıb.
Xatırladaq ki, bir müddət öncə Şakira hamiləliyi ilə əlaqədar bir sıra tədbirlərdən imtina etməli olmuşdu. Buna görə də onu Bakıya gələ bilməyəcəyi ehtimal olunurdu. Lakin göründüyü kimi müğənni Bakıdan aldığı təklifdən imtina edə bilməyib.