Sentyabrın 23-də dünya şöhrətli müğənni Cennifer Lopez “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi “Bakı Crystal Hall”un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış etmişdir.AzərTAc xəbər verir ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutmuşdur.Konsertə qonaq qismində qatılan tanınmış müğənni və bəstəkar Emin Ağalarov sonuncu işıq üzü görən və artıq dünyanın bir çox ölkələrində məşhurlaşmış “After the Thunder” albomuna daxil olan sevilən mahnıları tamaşaçılara təqdim etmişdir.