Müğənni Zarina Məmmədova Yeni İldə ürək sirlərini açacaq
"Sevmə, ürək" mahnısına klip çəkdirməyi düşünən Zarina Məmmədova çox iddialıdır.
"Dəlilik" adlı hitinin ardınca dinləyicilərə "Sevmə, ürək" adlı mahnısını təqdim edən estrada müğənnisi Zarina Məmmədova yeni ildə daha məhsuldar işləməyi qarşısına məqsəd qoyub. Milli.Az xəbər portalına danışan Zarinanın piar-meneceri Türkan Məmmədli müğənninin görəcəyi işləri haqqında məlumat verdi.
"Sözləri müğənni Aygün İsmayılovaya, musiqisi bəstəkar Pərviz Mahmudova məxsus olan "Sevmə, ürək" mahnısının "Dəlilik" qədər seviləcəyini öncədən proqnozlaşdırmışdıq. Lirik notlar üzərində yazılmış mahnı sevən ürəklərin sirrindən bəhs edir. Klip çəkdirməyə qərar verib, rejissor Elnaz Əbluca müraciət etmişik. İnşallah, 2012-ci ilin ilk aylarında çəkilişlərə başlayacağıq", - Türkan belə dedi.
Zarinanın yaradıcılıq yenilikləri bununla yekunlaşmır. Piar-menecerin sözlərinə görə, müğənni sayca ikinci albom toplusu üzərində işləyir. O, yaxın vaxtlarda vəd verdiyi klub konsertini də yüksək səviyyədə keçirməyi qarşısına məqsəd qoyub.
Onu da vurğulayaq ki, çəkiləcək yeni klipin mətbuat konfransında Zarina daha bir sürprizlə tamaşaçıların qarşısına çıxacaq.
Yer imleri