Əməkdar artist Sevda Ələkbərzadə İstanbulda solo konsert proqramı ilə çıxış edib.

Tamaşaçılar arasında türkiyəlilərlə yanaşı, bu ölkədə yaşayan azərbaycanlılar da olub.

Konsertin əvvəlcə 1 saat 30 dəqiqə davam etməsi planlaşdırılsa da, 2 saat 20 dəqiqə davam edib. Bu, tamaşaçıların Sevdanı səhnədən buraxmaq istəməməsi üzündən baş verib.