Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Azərbaycanlı müğənni Xatuna kim sevgi etirafı etdi?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Azərbaycanlı müğənni Xatuna kim sevgi etirafı etdi?

    1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə müğənni Xatun azyaşlı və qayğıya ehtiyacı olan tamaşaçılarını sevindirib.

    Milli.Az-ın məlumatına görə, Xatun Buzovna qəsəbəsində yerləşən 13 saylı kimsəsiz uşaqlar evində konsert proqramı ilə çıxış edib.

    Müğənni yeni duetini də ilk dəfə elə balaca dinləyicilərinə təqdim edib. İfaçı Mako ilə “Söylə” adlı yeni duetləri uşaqların da rəğbətini qazanıb.

    Tədbirin ən yaddaqalan məqamlarından biri isə azyaşlı fanat tərəfindən sənətçiyə edilən jest olub. Belə ki, kimsəsiz uşaqlar evində yaşayan balaca Ədalət səhnəyə çıxaraq müğənninin “Səndən ötrü” duetini oxuyub. Ədalətin ifasından məmnun qalan Xatun isə bu jesti cavabsız qoymayaraq onunla birgə ifa edib.

    Qeyd edək ki, müğənni 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təşkil olunan konsertdə iştirak edən 13 saylı kimsəsiz uşaqlar evinə öz hədiyyələrini də təqdim edib.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.