3 sonuçtan 1 ile 3 arası

Rasim Balayev əməliyyat olunub

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Rasim Balayev əməliyyat olunub

    Nəsimi tək dərisi soyuldu, Babək kimi at belinə qalxdı. Ucaldı və ucaldıqca, sənətin zirvəsinə qalxdı. Xalq onu uzun illər, Nəsimi, Babək adlandırdı. Amma bu rolların arxasında bir ad dayanırdı: Azərbaycanın xalq artisti, dövlət mükafatı larreatı Rasim Balayev.

    Bu günlərdə onun ayağı əməliyyat olunub. Amma özü istəmir ki, onu xəstəliyini böyüdək. Bununla belə biz yenə də məlumat verək ki, xalq artisti Rasim Balayev cərrahiyyə əməliyyatı olunub. Cərrahiyyə əməliyyatı onun ayağının baş barmağında aparılıb. Əməliyyat 1 saat davam edib. Palataya köçürülən xalq artisti hazırda özünü yaxşı hiss edir. Amma hələ ki, həkimlər onun ayağa qalxmasına razılıq verməyib.

    Bu cahana sığmayan aktyorla Travmatologiya və Ortopediya Elmi-Təqdiqat İnstitutunda yatdığı palatasında söhbət etdik. Başına gələnləri də özündən eşitdik.

    Deyir ki, 5-6 ay əvvəl yıxılmışdı: “Əvvəl əhəmiyyət vermədim. Narahat olmağa əsas da yox idi. Növbəti bir ay ərzində nəsə irinlədi. Sonra getdim həkimlər dedilər ki, bir şey yoxdur. Düzgün müalicə aparılmadı. Müxtəlif dərmanlar verdilər. Uzun müddətdən sonra belə fəsada gətirib çıxardı”.

    Xalq artisti deyir ki, onda şəkər də tapılıb. Amma həkimlər bunun ciddi olmadığını bildiriblər. Pəhriz və kiçik müalicələrlə şəkərin ayağındakı zədəyə təsir etməsinə çalışıblar və bu da nəticə verib. Həkimlər qorxulu bir şey olmadığını deyib.

    Həyatında ilk dəfə xəstəxanada və yataqda ekran qarşısına çıxdığını və bundan narahat olduğunu deyən aktyor bildirir ki, o ömrünün son anlarına qədər başını dik tutmaq istəyir, sağlam yaşamağı arzu edir: “Adam son anına qədər sağlam olmaq istəyir. Arzu edirəm ki, Allah hamıya sağalan xəstəlik versin. Gənclər də, hər kəs sağlamlığının qədrini bilsin”.

    İndi xəstəxana otağında başını müxtəlif qəzalar nəticəsində əməliyyat olunmuş gənclərlə söhbətlə qatır. Deyir “mən onlara, onlar da mənə təsəlli verir”. Amma aktyor ömrünün 63-cü baharında arzularla doludur. Deyir ki, çox istərdi bu dünyadan köç etməmiş heç olmasa bir tarixi filmə çəkilsin və illəri hədər getməsin: “İstərdim ki, tarixi filmlər olsun. Nə qədər sağam, bu filmlərdə oynayım. Filmlər tarix yaradır. Tarixi tək arxeoloji qazıntılarla yaşatmazlar”.

    Həqq yolunda olan xalq artistinə biz də şəfa diləyirik. Hər zaman “xoşbəxtlik səhnəsi”ndə rol alsın. ANSPRESS

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2011
    Mesajlar
    210

    Re: Rasim Balayev əməliyyat olunub

    Looo xeber.

  3. #3
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: Rasim Balayev əməliyyat olunub

    allah shefa versin

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.