Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

NEXT qrupu ANS TV -də aparıcılığa başlayır

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    NEXT qrupu ANS TV -də aparıcılığa başlayır

    NEXT qrupu bu həftədən etibarən tamaşaçıların qarşısına yeni ampluada çıxacaq.
    Məlum olduğu kimi son günlər ANS TV-də “NEXTalji” adlı anonslar gedir. NEXT-in mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu sözügedən qrupun yeni layihəsinin adıdır.

    Xəbərə görə, 4 oğlandan ibarət qrup üzvləri aparıcılığa başlayıb. Belə ki, 5 fevral tarixindən etibarən ANS TV-nin efirində hər həftənin şənbə günü saat 23-00-da NEXT -in təqdimatında “NEXTalji” adlı televiziya proqramı yayımlanacaq.

    Bildirək ki, verilişin ilk buraxılışı “Gənclər günü” ərəfəsinə təsadüf etdiyi üçün “NEXTalji”nin ilk qonaqları da elə son zamanlar gənclərin ritmini tuta bilən müğənnilər Safura Əlizadə, Rəhim Rəhimli, Zamiq və Arzum olub.

    Portalımıza açıqlamasında gördükləri işin məsuliyyətinidən danışan NEXT efirə ciddi yanaşdıqlarını bildirib: “Demək olar ki, bu günə kimi hər zaman dəvət olunduğumuz proqramlar arasında seçim etmişik. Bu proyektin ideası yarananda da həmişəki kimi məsuliyyətlə yanaşdıq. Çünki, biz insanlara qalmaqaldan, söz-söhbətdən uzaq həftəsonu istirahəti bəxş etmək istəyirik”.

    Xədicə
    Milli.Az

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.