Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Elza Seyidcahan başında “durbin” gəzdirir

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Elza Seyidcahan başında “durbin” gəzdirir

    Azərbaycan şou-biznesində heç kimin ağlının ucundan belə keçirmədiyi qeyri-adi layihələri gerçəkləşdirən tanınmış bəstəkar və müğənni, əməkdar artist Elza Seyidcahan son vaxtlar eksperimentləri öz üzərində həyata keçirməyə üstünlük verir.

    Konsertlərin birinin səhnə arxasında Elzanı yeni saç düzümündə görəndə təəccübümüzü gizlədə bilmədik. Müğənnidən bu görkəminin nə məna daşıdığını soruşduq. “Saç düzümümdə şou-biznesin durbinini yaratmışam. Mənim daxili dünyam kimi saçlarım da fərqlidir. Onlar çox həssasdır və məni ola biləcək pis və yaxşı hadisələrdən sığortalayırlar. Necə? Nə ilə? Bu suallar qoy mənim kiçik sirrim kimi qalsın”, - əməkdar artist deyib.

    Fotolar çəkdirməkdən imtina etməyən Seyidcahan maraqlı səhnə yaratmağa da macal tapdı. Həm meneceri Nazimdən, həm də rəfiqəsi, əməkdar artist Gülyaz Məmmədovadan xahiş etdi ki, onlar da bir gözlərini yumub, digəri ilə “saç durbini”ndən baxsınlar. Bu mənzərə, bizi kənardan görənlərin bəzilərində gülüş doğursa da, sonda maraqlı şəkillər yarandı. Siz də baxın...

    /Trend/

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.