Azərbaycanın tanınmış müğənnilərindən olan Rüfət Mehtiyev vəfat edib. Milli.Az-ın məlumatına görə, müğənni bu gecə saat 03.00 radələrində qəflətən dünyasını dəyişib. Mərhumun yaxınlarının dediyinə görə, müğənninin beyninə qan sızıb.

Xatırladaq ki, Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğuldur. 1992-ci ildən müğənnilik edir.

Allah rəhmət eləsin! ANSPRESS