Bu gün ABŞ-da Oskar mükafatı nominantlarının adları elan olunacaq.

Milli.Az xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, münsiflər heyəti ilk olaraq ən yaxşı 10 filmi, ən yaxşı rejissorları, prodüserləri, aktyor və aktrisaları elan edəcək. Ən yaxşı senaristlərin, operatorların, səs rejissorlarının adları da açıqlanacaq.

Qeyd edək ki, mükafat gizli səsvermə yolu ilə 28 nominasiyada müəyyənləşdirilir.
Hələ ki, filmlər arasında aşkar favorit «Sosial şəbəkə» (Facebook) filmi sayılır.

«Oskar»ın təqdimetmə mərasimi fevralın 27-də olacaq.

Milli.Az